Keçid linkləri

Təcili xəbərlər

Revmatizmli analar diqqət etməlidir


Revmatoid artrit xəstəsi analarla epilepsiaylı uşaqlar arasında əlaqəni üzə çıxaran araşdırma aparılıb.

Tədqiqatın nəticələri Amerika Nevrologiya Akademiyasının dərgisində dərc olunub.

Autoimmun xassəli olan revmatoid artrit ağır oynaq xəstəliklərindən biridir. Xəstəlik zamanı orqanizmin immun sistemi oynaqlara qarşı hücuma keçir, sağlam hüceyrələri məhv edir. Qadınlarda bu xəstəlik daha tez-tez inkişaf edir.

Buna da bax: Sağlam həyat tərzi genetikaya qarşı

Revmatoid artritli anaların dünyaya gətirdikləri uşaqlar, digərlərinə nisbətən 26 faiz daha çox epilepsiyaya tutulmağa meyilli olur. Atalarda bu xəstəliyin olmasının uşaqlara elə bir təsiri yoxdur.

Araşdırma zamanı tədqiqatçılar Danimarkada 1977-ci ildən 2008-ci ilə qədər doğulan uşaqları nəzərdən keçiriblər. Bunlardan 31491-i epilepsiyaya tutulub. Epilepsiyaya tutulanların 13556 nəfərinin anasında revmatoid artrit olub. Bura uşaqları doğulandan sonra revmatoid artrit diaqnozu qoyulan analar da aid edilib, onlar önkliniki revmatoid hesab olunub.

Doğuş zamanı revmatoid artritli anaların dünyaya gətirdikləri uşaqlar, digərlərinə nisbətən 90 faiz epilepsiyaya tutulmağa meyilli olub. Önkliniki revmatoid artritli anaların dünyaya gətirdiyi uşaqlarda isə bu risk 26 faiz olub.

Araşdırmaçılar revmatoid artritli anaların doğuşdan öncə müalicəsi üçün yeni üsulların tapılmasını vacib sayırlar.

XS
SM
MD
LG