Keçid linkləri

Təcili xəbərlər

Marixuana intellekti zəiflədirmış


Bir neçə ölkədən alimlər qrupu yeni bir araşdırma üzə çıxarıblar.

Araşdırma göstərib ki, marixuana çəkənlərdə mitoxondrilərin effektivliyi azalır. Bu da, zamanla, intellektual bacarığın azalmasına gətirib çıxarır.

Tədqiqatın nəticələri “Nature” dərgisində dərc olunub.

Eukoriot hüceyrələrdə yerləşən mitoxondri müntəzəm olaraq onları enerji ilə təmin edir. Çünki mitoxondrilərin əsas funksiyası universal enerji mənbəyi olan ATF-i sintez etməkdir.

Buna da bax: Kanadalı tələbələr nəşə yetişdirmək öyrənəcək

Mitoxondri membranının neyronlarında kannabionid reseptorlar yerləşir. Onlar marixuana kimi psixoaktiv maddələrlə əlaqə yarada bilirlər. Bu reseptorlardakı bütün dəyişikliklər isə sinir hüceyrələri arasında siqnalın ötürülməsinin keyfiyyətinə təsir edir.

Alimlər araşdırma ilə anlamağa çalışıblar ki, insan uzun müddət yeknəsək zehni iş görən zaman psixoaktiv maddələrin qəbulu yaddaş və katalepsiyaya necə təsir edir.

Bunun üçün onlar labaratoriyada siçanların kannabionid reseptorlarını (CB1) kəsiblər. Sınaqlar göstərib ki, bundan sonra siçanlar psixoaktiv dərmanların qəbuluna heç bir reaksiya verməyiblər. Araşdırma kannabionid reseptorlar və marixuana arasında əlaqəni təsdiq edib.

Araşdırmanın nəticəsi göstərir ki, narkotik maddələrin qəbulu yaddaşın itməsinə və idrak proseslərinin pozulmasına gətirib çıxarır.

Tədqiqatçılar vurğulayırlar ki, psixoaktiv maddələrin qəbulu zamanı intellekt zəifləyir və insan işində müxtəlif qüsurlar buraxır.

XS
SM
MD
LG