Keçid linkləri

Təcili xəbərlər

Hindistanda hava çirklənməsi kosmosdan görünür


Hindistanda havanın çirklmənməsi ciddi problemə çevrilməyə başlayır. Nyu Dehli üzərindəki çirkli hava kütləsi (smoq) həmişə ciddi problem olub, amma indi o hətta kosmosdan belə görünür. Hökumət bütün ölkədə fövqəladə vəziyyət elan edib. Mütəxəssislər həyəcan təbili döyürlər. Nyu Dehlinin havasında təhlükəli maddələrin miqdarı Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normadan 16 dəfə artıqdır.

Nyu Dehlinin havasında təhlükəli maddələrin miqdarı Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normadan 16 dəfə artıqdır.

Nyu Dehlidəki ABŞ səfirliyi ərazisində havanın keyfiyyət indeksi 999 olub. Müqayisə üçün qeyd edək ki, Çinin ən çirkli şəhəri olan Baodinqdə bu indeks 298, Londonda 66-dır.

Bu gün Nyu Dehlinin bütün tədris müəssisələri bağlıdır. Tikinti işləri 10 günlüyünə qadağan edilib. Əhali isə şəhərdən çıxmağa çalışır. Baş nazir şəhərin "qaz kamerasına" bənzədiyini deyib. NASA ekoloqları xüsusi qurğuların köməyilə ölkədə vəziyyətin nə dərəcədə pisləşdiyini müəyyən edə biliblər. Noyabrın 1-dən başlayaraq mütəxəssislər Pakistanın şimalında Lahordan Hindistanda Tac-Mahalın yerləşdiyi Aqraya qədər hərəkət edən süd rəngli çirkli hava axınını qeydə alıblar.

Mütəxəssislər Divali bayramı günlərində Nyu Dehlidə buraxılan fişəngləri şəhərin bu dəhşətli çirklənməsinin səbəblərindən biri hesab edirlər. Fişənglərdən başqa, təhlükə həm də Haryan və Pəncabda baş vermiş yanğınlardan qaynaqlanıb.

Buna da bax: İlk müəllimsiz universitet

NASA əməkdaşları hesab edir ki, bu ərazilər "istilik anomaliyasının" qurbanına çevrilib. Belə ki, Hindistanda daim qışlıq buğda əkinindən əvvəl çəltik əkinindən qalan 30 milyon tondan çox quru tullantı yandırılır.

NASA öz saytında bildirir ki, Pakistan, Hindistan və Banqladeşdə, Himalay dağlarının ətəklərində, havanın çirkləmçəsi ciddi və davamlı problemdir. Məlumatda deyilir ki, bu ərazidə smoq həftələrlə davam edə bilir və sağlamlığa ciddi təhlükədir.

Alimlər aşkar ediblər ki, bu çirklənmənin geniş yayılması və uzun müddət davam etməsi regionun hava şəraitini, xüsusilə də yağıntı rejimini də dəyişməkdədir.

NASA həmçinin bildirir ki, çirklənmənin səbəbi təzək yandıran sobalar və bişirmə qurğuları, meşə yanğınları, sənaye və şəhər tullantılarıdır.

Şəhərdəki smoqu NASA-dan başqa Dehli sakinləri və turistlərin sosial mediada paylaşdıqları fotolardan da görmək olar.

Ən son yazılan

XS
SM
MD
LG