İsveçrəli tədqiqatçılar onurğa zədələnməsi nəticəsində ayaqları iflic olmuş xəstələrə kömək etmək üçün yeni bir texnologiya hazırlayıblar.
“Beyin-onurğa interfeysi” adlı yeni sistem meymunlar üzərində sınaqdan uğurla çıxıb.
Ayaqlar onurğa beynindən gələn siqnallara tabe olur. Onurğa beyni zədəlidirsə, bu siqnalın ötürülməsi dayanır.
Tədqiqatın nəticəsi “Nature” jurnalında dərc olunub.
Normal vəziyyətdə hərəkət üçün əmri onurğa beyni verir. Ayaqlar onurğa beynindən gələn siqnallara tabe olur. Onurğa beyni zədəlidirsə, bu siqnalın ötürülməsi dayanır.
Neyrocərrah Joselyn Bloch meymun üzərində on saatlıq bir cərrahiyyə əməliyyatı etməli olub. Tədqiqatçılar zədəli sinirləri aşıb, ayaqlarla əlaqə üçün beyinə kömək edə biləcək yeni bir sistemi sınayıblar.
Cərrah meymunun beyninə ayaqların hərəkətini idarə etmək üçün elektrodlar yerləşdirib və kəlləsinə simsiz ötürcü bərkidib. Onurğa beyni boyunca, zədənin alt hissəsinə başqa tip elektrodlar yerləşdirilib. Ayağa əzələ aktivliyini qeyd etmək üçün cihaz da taxılıb.
Buna da bax: Robot cərrah gözdə əməliyyat edir
Altı gün sonra tədqiqatçılar sistemi işə salıblar. Bu texnologiya ilə elektrodlardan alınan siqnal, kompüterdən keçib, onurğa beynindəki elektrodlara ötürülüb. Saniyələr sonra ayaq hərəkət edib. Bir neçə gün sonra isə meymun artıq ayağa qalxıb və gəzə bilib. Nəticə sınanmış digər meymunda da eyni olub.
İsveçrəli qrup hazırda klinikada ayaqları qismən iflic olan səkkiz insanın üzərində yeni texnologiyanı sınaqdan keçirir. Onlardan ikisi əməliyyatdan sonra bərpa dövründədirlər.
Tədqiqatçılar bu üsulla onurğa beyni qismən zədəli insanlarda hərəkəti yaxşılaşdırmağa çalışırlar. Onlar ümid edirlər ki, “beyin-onurğa interfeysi” bütünlüklə iflic olan insanlarda da hərəkətə kömək edəcək.