Keçid linkləri

Təcili xəbərlər

Amerikalı astronavt kosmosdan səs verib


ABŞ-ın hazırda planetin xaricində olan yeganə vətəndaşı, NASA astronavtı Robert Şein Kimbro (Robert Shane Kimbrough) ABŞ-da prezident seçkilərində iştirak edib.

"Associated Press" xəbər verir ki, Kimbro bazar ertəsi günü Beynəlxalq Kosmik Stansiyada seçki bülletenini doldurub.

Artlıq Beynəlxalq Kosmik Stansiyanın yeni missiyasının oktyabrın ortasına təsadüf etmiş startına qədər Kimbro bu missiyanın xüsusi olacağını demişdi. Çünki o, "mən kosmosdan səs vermişəm" deyə biləcəkdi.

NASA-nın digər nümayəndəsi Ketlin Rubins (Kathleen Rubins) də Yerə dönüşündən az əvvəl qiyabi səs verib.

Texas ştatının 1997-ci ildə qəbul edilmiş qanunu Amerika astronavtlarına kosmosdan səs vermək imkanı veir. Belə ki, NASA astronavtları ştatın ən böyük şəhəri olan Hyustonun sakinləri sayılırlar.

Astronavtlar üçün səsvermə prosesi uçuşdan bir il əvvəl başlayır. Onlar kosmosda olduqları müddətdə hansı seçkidə (yerli, ştat, federal) səs vermək istədiklərini bəribaşdan bildirirlər. Seçkidən altı ay əvvəl isə astronavtlara standart seçki forması verilir.

Kosmosda səsvermə praktikasına ilk dəfə elə yuxarıda qeyd edilən qanunun qəbul edildiyi 1997-ci ildə başlanıb. NPR-ın (Milli İctimai Radio) verdiyi məlumata görə, həmin vaxt Rusiyanın "Mir" Kosmik Stansiyasında çalışan NASA astronavtı Devid Vulf (David Wolf) kosmosdan səs verən ilk amerikalı kimi tarixə düşüb.

Ən son yazılan

XS
SM
MD
LG