Keçid linkləri

Təcili xəbərlər

Günə bir yumurta


Alimlər hesab edirlər ki, quş yumurtası beyin damarları üçün son dərəcə faydalıdır. Gündə bir toyuq yumurtası yemək ahıl vaxtı insult riskini 12% azaldır.

Yumurtaların tərkibində olan antioksidantlar baş beynin hüceyrələrinə oksidativ təsirin səviyyəsini və iltihabı azaldır. Alimlər qeyd edirlər ki, yumurtanın tərkibindəki böyük miqdarda zülal qan təzyiqini aşağı salır.

Tədiqatın "Journal of the American College of Nutrition" jurnalında dərc edilmiş nəticələrində deyilir ki, gündə bir quş (toyuq, bildirçin, ördək) yumurtası qəbul etmək qocalanda qəfil insult olmaq riskini azaldır. Elmi məqalədə yumurtaların son dərəcə faydalı xüsusiyyətlərindən söz açılır. Yumurtaların tərkibində olan antioksidantlar baş beynin hüceyrələrinə oksidativ təsirin səviyyəsini və iltihabı azaldır. Alimlər qeyd edirlər ki, yumurtanın tərkibindəki böyük miqdarda zülal qan təzyiqini aşağı salır.

Alimlər 1982-2015-ci illər arasında 600 minə qədər pasientdə yumurta qəbulu ilə ürək xəstəlikləri arasındakı əlaqəni izləyərək bu nəticəyə gəliblər.

Buna da bax: Balıq yeməkləri yaddaş problemi zamanı kömək edir

Alimlər hesab edirlər ki, quş yumurtası ürək və damar sağlamlığına müsbət təsir göstərərək, ürək əzələsinin koronar xəstəliyi, insult və infarktın yaranması ehtimalını kəskin azaldır. Eyni zamanda, diyetoloqlar həftədən üç dənədən artıq yumurta yeməməyi məsləhət görürlər. Əks halda yumurta sarısının tərkibində olan aseton qaraciyəri zədələyə bilər.

Bundan əvvəl Amerika Ürək Assosiasiyası da gündə orta hesabla 300 milliqramdan artıq xolesterin qəbul etməməyi məsləhət görürdü.

XS
SM
MD
LG