Toyota şirkəti müştərilərinə daha bir yenilik təqdim edib. Smart Key Box adlanan bu cihaz heç bir əlavəyə heç bir əlavə avadanliğa ehtiyac olmadan avtomobilin salonunda quraşdırılır.
Smart Key Box-la avtomobil sahibi smartfon vasitəsilə həm qapiları açıb-bağlayacaq, həm də maşınının mühərrikini işə sala biləcək.
Bundan əlavə, Bluetooth vasitəsilə identifikasiya nömrəsini başqalarına göndərərək, onların da avtomobilinizdən istifadə etməsinə imkan vermək olar.
Şirkətin nümayəndələri bildirirlər ki, bu avadanlığı avtomobilin istənilən rahat yerində yerləşdirmək mümkündür. Bundan əlavə, Bluetooth vasitəsilə identifikasiya nömrəsini başqalarına göndərərək, onların da avtomobilinizdən istifadə etməsinə imkan vermək olar. Mütəxəssislərin sözlərinə görə, belə bir təcrübə müştəri üçün adi, fiziki açardan daha rahat ola bilər.
Sistemin sınaqları ABŞ şirkəti Getaround-la əməkdaşlıqda həyata keçiriləcək. Reuters xəbər verir ki, Toyota bu şirkətə 10 milyon ABŞ dolları məbləğində sərmayə qoyub. Xidmətin sınaq istifadəsinə 2017-ci ilin yanvar ayında San-Fransiskoda start veriləcək.
Getaround uzun müddətdir istifadə edilməyən avtomobil sahiblərinə onları icarəyə verməyi təklif edir. Şirkətin veridyi məlumata görə, ABŞ-da olan 250 milyon avtomobil bir sutka ərzində 22 saat qeyri-işlək vəziyyətdə dayanır. İcarə isə bu müddət ərzində avtomobil alışına və istismarına sərf edilən məbləği kompensasiya etməyə imkan verir – orta hesabla ayda 800 ABŞ dolları. İstifadəçilər üçün maşının icarəsi saatda 5 dollar təşkil edir.
Buna da bax: İctimai fikrin manipulyasiyasının riyazi üsulu
Toyota fiziki maşın açarını əvəzləyən smartfon proqramını təklif edən ilk şirkət deyil. Volvo da belə bir seçimin 2017-ci ildən başlayaraq öz avtomobillərində olacağını elan vermişdi. Avtomobil sahibi onun istifadə icazəsini başqa birisinə smartfonun ekranında bir neçə düyməni basmaqla ötürmək imkanını əldə edəcək. Sürücülərə isə fiziki açarı başqa birisinə vermək üçün kimləsə görüşməyə, bu işə əlavə vaxt sərf etməyə ehtiyac qalmayacaq.