Keçid linkləri

Təcili xəbərlər

Balıq yeməkləri yaddaş problemi zamanı kömək edir


Çinin Makao Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, balığın tərkibindəki omeqa-3 yağ turşuları beyindəki metabolitləri, o cümlədən demensiyaya – əsasən yaşlı adamlarda müşahidə edilən yaddaş və qavrama pozğunluğuna səbəb olan beta-amiloidləri aradan götürməyə imkan verir. Alimlər deyirlər ki, yağ turşuları beyni lazımsız maddələrdən təmizləyərək qlimfatik sistemə müsbət təsir edir. Qlimfatik sistem - müxtəlif proseslər zamanı mərkəzi sinir sistemində əmələ gələn toksik maddələrin təmizlənməsində iştirak edir.

Siçanlar üzərində aparılan təcrübə zamanı alimlər omeqa-3 turşularının səviyyəsini tənzimləməyə cavabdeh olan genlərə təsir göstəriblər. Məlum olub ki, yağ turşularının səviyyəsi yüksək olan gəmiricilərin qlimfatik sistemi digər siçanlarla müqayisədə daha yaxşı işləyir.

Buna da bax: Qış vaxtına keçmə depressiyaya səbəb olur

Daha sonra qlimfatik sistemi nisbətən zəif işləyən siçanlara da omeqa-3 yağları verilib və onların da qlimfatik sistemi beyni lazımsız maddələrdən daha yaxşı təmizləməyə başlayıb. Alimlər belə nəticəyə gəliblər ki, omeqa-3 yağları beyində homeostazın daha yaxşı getməsinə şərait yaradır. Omeqa-3 yağları nevroloji xəstəliklər, kəllə-beyin travmaları və yuxu pozğunluqları zamanı da faydalı ola bilər.

XS
SM
MD
LG