Danimarka alimləri insanların çox zaman qış aylarında depressiyadan əziyyət çəkməsinin səbəbini aşkar ediblər. Onların fikrincə, bu, saatların qış vaxtına keçirilməsi ilə bağlıdır.
Dünyanın bir çox ölkəsində oktyabrın son bazar günü qış vaxtına keçid baş verir. Həmin gün saatların əqrəbləri bir saat geri çəkilir. Ancaq alimlər deyirlər ki, ilk baxışdan sadə görünən bu addım depressiyaya yol aça bilir.
...qış vaxtına keçiddən sonrakı bir neçə həftə ərzində depressiyadan şikayətlə həkimə müraciətlərin sayı 8% artıb. ...işıq günü bir qədər də qısalır. Üstəlik, insanlar işə çatmaq üçün daha tez oyanmalı və deməli daha az yuxu yatmalı olurlar.
Alimlər 1995-2012-ci illər arasında 185 min adamın xəstəlik tarixçəsini təhlil edərək bu nəticəyə gəliblər. Müəyyən bir qanunauyğunluq aşkar edilib. Belə ki, qış vaxtına keçiddən sonrakı bir neçə həftə ərzində depressiyadan şikayətlə həkimə müraciətlərin sayı 8% artıb. Bu onunla bağlıdır ki, saatların çəkilməsindən sonra işıq günü bir qədər də qısalır. Üstəlik, insanlar işə çatmaq üçün daha tez oyanmalı və deməli daha az yuxu yatmalı olurlar.
Bundan başqa, əsasən yağmurlu və tutqun olan hava və soyuqdəymə xəstəliklərinin artması da depressiyalara yol açır. İnsanın orqanizmi zəifləyir, bu da bədbin əhvala gətirib çıxarır.
Araşdırmalar əsasən ağır formalı depressiyalara haqda da, alimlər qış vaxtına keçidin daha yüngül formalı depressiyalara da yol açdığını deyirlər.
Tədqiqarın nəticələri "Epidemiology" jurnalında dərc edilib.
Buna da bax: Yuxu çatışmazlığının yeni fəsadları
Bundan əvvəl aparılmış tədqiqatlar nəticəsində xüsusən də qış aylarında kifayət qədər gün işığı almağın zəruriliyi üzə çıxmışdı. Alimlər deyirlər ki, səhər saatlarında küçəyə çıxmaq daha faydalıdır. Küçəyə çıxmaq imkanı olmayanlara isə ofislərdə pəncərəyə yaxın oturmaq və mümkün qədər çox gün işığı almaq məsləhət görülür.
Əvvəlki tədqiqatlar həmçinin gündəlik idman, terapevtik lampalar və koqnitiv davranış terapiyasının da qış depressiyasının qarşısını aldığını göstərib.