Keçid linkləri

Təcili xəbərlər

Yuxu çatışmazlığının yeni fəsadları


İsveç mütəxəssislərinin keçirdikləri tibbi araşdırmanın nəticələri göstərib ki, yuxudan doymamaq bağırsaqların mikroflorasına mənfi təsir göstərir. Qeyd edək ki, daha öncə alimlər, bağırsaq mikroflorasının dəyişməsi ilə diabet və artıq çəki arasında əlaqəni də sübut ediblər.

..faydalı bakteriyalar azaldığı halda, ziyanlı Firmucutes bakteriyalarının sayı çoxalıb. Bundan əlavə, yuxu çatışmazlığı orqanizmin insulinə olan həssaslığını da 20%-dək azaldıb.

Upsala Universiteti alimlərinin apardığı araşdırmada iki gün ərzində cəmi 4 saat yatan 9 sağlam kişi iştirak edib. Bundan sonra alimlərın apardığı analizlərin nəticəsi onu göstərib ki, natamam yuxu hələ ki izahı olmayan bir üsulla bağırsaq bakteriyalarına təsir edib.

Bakteriya qruplarını analiz edən alimlər deyirlər ki, bu dəyişiklik artıq çəkinin və 2-ci növ diabetin səbəb olduğu dəyişikliklərlə eynidir. Misal üçün, Bacteroides növlü faydalı bakteriyalar azaldığı halda, ziyanlı Firmucutes bakteriyalarının sayı çoxalıb. Bundan əlavə, yuxu çatışmazlığı orqanizmin insulinə olan həssaslığını da 20%-dək azaldıb.

Elmi məqalənin müəlliflərindən biri Conatan Sedernes onu da qeyd edib ki, eksperimentin göstərdiyi nəticələrin bağırsaq mikroflorasının dəyişməsinə birbaşa təsir etdiyini hələ ki, tam əminliklə demək də olmaz. Daha dəqiq məlumat toplamaq üçün mütəxəssislər uzunmüddətli və geniş miqyaslı araşdırmalara ehtiyac olduğunu bildiriblər.

XS
SM
MD
LG