Keçid linkləri

Təcili xəbərlər

Zukerberq Trampa qarşı senzuranı qadağan edib


Facebook şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberq
Facebook şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberq

"The Wall Street Journal" qəzeti yazır ki, "Facebook" şirkətinin rəhbəri Mark Zukerberq sosial şəbəkədə Donald Trampın kəskin postlarına senzura tətbiq etməyi qadağan edib.

Qəzet yazır ki, Zukerberq bu qərarı hələ ötən ilin dekabrında verib. Sosial şəbəkənin yaradıcısı deyib ki, Tramp hətta müsəlmanların ABŞ-a girişini qadağan etmək istəsə belə, onu senzuraya məruz qoymaq qəbuledilməzdir. Zukerberqin bu qərarı şirkətin bir çox işçisinin narazılığına səbəb olub. Onların bir qismi respublikaçı namizədin sosial şəbəkənin etik normalarını pozmasından şikayətlənir, digər qismi isə etiraz əlaməti olaraq işdən çıxacaqlarını deyirlər.

Buna da bax: 2016 tarixin ən isti ili ola bilər

"Facebook"un mətbuat xidməti bildirir ki, istənilən halda paylaşılan fikrin kəskinliyi yox, onun istifadə edildiyi kontekst öyrənilir. Odur ki, kəskin ifadələr siyasi müzakirənin tərkib hissəsi də ola bilər.

Silikon vadisinin iş adamlarının böyük əksəriyyəti Demokratlar partiyasının namizədi Hilari Klintonu dəstəkləyir. PayPal ödəmə sisteminin yaradıcısı Piter Til azsaylı istisnalardan biridir. O həm də "Facebook"un direktorlar şurasının üzvüdür. O, sosial şəbəkənin ilk kənardən gələn investoru hesab olunur: 2004-cü ildə o, "Facebook"un səhmlərinin 10,2%-ni 500 min dollara satın alıb. Til könüllü olaraq Trumpın seçki kampaniyasına 1,25 milyon dollar ianə edib.

XS
SM
MD
LG